TƏLƏBƏLƏR SEMİNARDAN RAZI QALDILAR

01 noyabr 2016-cı il tarxdə ikinci tədris binasının akt zalında Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin Fizika və texniki fənlər, Pedaqoji, Riyaziyyat və informatika fakültə tələbələrinin  iştirakı ilə görüş keçirildi. Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edərək iştirakçılara son illər  universitetdə tələbələrlə birgə həyata keçirilən layihələr haqqında əraflı məlumat verdi.  2015-2016-cı illər ərzində görülmüş işlərin hesabat video-çarxı nümayiş etdirildi.

Daha sonra tələbələrin daima maraqla qarşıladıqları Liderlik mövzusunda Motivasiya seminarı keçirildi. Seminara dəvət edilən  Mingəçevir şəhər Gənclər İdman İdarəsinin rəis müavini Sahil Hüseynov tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğur arzuladı. O, liderlik haqqında ətraflı məlumat verməklə, konkret şəxsin  bir lider kimi necə formalaşa bilməsi haqqında da maraqlı söhbət apardı.

Tələbələr görüş və seminardan razı qaldıqlarını bildirdilər.