TƏLƏBƏLƏRİMİZ RESPUBLİKA BİLİK YARIŞINDA İŞTİRAK ETMİŞLƏR
08 noyabr 2016-cı il tarixdə Bakı şəhərində Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” adlı III Ümumrespublika bilik yarışı keçirilmişdir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə, əsasən Azərbaycan xalqının Ümummilli Liderin irsinin yaşadılması, həyat və fəaliyyətinin öyrənilməsi, yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədinə xidmət edir.
Ölkənin 42 ali təhsil müəssisələrində bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələrin iştirak etdiyi bu yarışda Gəncə Dövlət Universiteti də təmsil olunmuşdur.
Yarışda Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov da çıxış edib bildirib ki, “Belə yarışlar tələbələrin zəruri keyfiyyətlərini üzə çıxarır və gənclərin öz karyeralarında uğur qazanmalarına kömək edir”. Ötən illərdəki yarışların çox ədalətli və gərgin keçdiyini deyən nazir, bu il də ən güclü və ən layiqli gənclərin qalib gələcəklərini bildirmişdir.
Yarış üç turda keçirilib və hər turda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan tarixinə dair 12 sual səsləndirilib. Yarışın qaydasına uyğun olaraq Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsindən 6 əsas, 1 ehtiyat tələbədən ibarət olan komanda gərgin keçən yarışlarda Y yerə sahib olublar.