Tələbələrlə görüş

24 noyabr 2014-cü il tarixdə rektor Yusif Yusibovla  Filologiya və  Fizika və texniki fənnlər fakültə tələbələrinin görüşü keçirilmişdir. Görüşdə rektor tələbələrin təhsili, istəkləri, maddi durumları, dekan-tələbə, müəllim-tələbə münasibətləri, neqativ hallara yol verilib verilməməsi haqqında maraqlanmış, onlarla açıq dialoqa imkan vermişdir. Tələbələr professor Yusif Yusibova onları səmimiyyətlə qəbul edib dinlədiyinə, qayğılarına qaldığına görə  minnətdarlıqla bərabər, müəyyən məsələlərlə bağlı fikir söyləmiş, öz münasibət və təkliflərini bildirmişlər. Əsasən IV korpusun tələbələri istiliyin olmadığından şikayətlənmişlər.

Bu haqda rektor məlumat verərək, təkcə IV korpusda istiliyin bu günə qədər obyektiv səbəblərdən müvəqqəti olaraq bərpa edilməməsini və bunun üzərində ciddi iş getdiyini, çox tezliklə öz axarına düşəcəyini bildirdi.

Görüş olduqca səmimi, işgüzar şəraitdə keçmiş, hər iki tərəf bu görüşdən razı qalmışdır.