TƏLƏBƏNİN AÇIQ DƏRSİ

02 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin magistratura şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə  II kurs tələbəsi Nigar Rzayevanın Filologiya fakültəsinin I kursunda ədəbiyyat fənnindən “Məhsəti Gəncəvinin həyat və yaradıcılığı”na həsr olunmuş açıq dərsi keçirilmişdir.

Açıq dərsdə rəhbər müəllim professor Xəlil Yusifli,  Təcrübə və karyera şöbəsinin əməkdaşı Lamiyə Süleymanova və magistraturanın həmin ixtisas üzrə II kurs tələbələri iştirak etmişlər.

Nigar Rzayevanın açıq dərsi iştirakçılarda müsbət rəy yaratmış və eyni zamanda növbəti dərslərin daha yaxşı səviyyədə aparılması üçün elmi və metodiki tövsiyyələr verilmişdir.