Tələbənin növbəti açıq dərsi
12 aprel 2017- ci il tarixdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə universitetin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV kurs tələbəsi Zeynalova Günel Rafiq qızının 64 sinfində “sınaq dərs”i keçirildi. Zeynalova Günel tərəfindən təqdim olunan dərsin mövzusu “Səssiz dərs ” adlanırdı.
Dərsdə iştirak etdilər: Təcrübə və karyera şöbəsinin əməkdaşı Misir Fərhadov, təcrübə rəhbəri- baş müəllim İlhamə Niyazova həmin məktəbin fənn müəllimi İradə Abbasova və məktəbdə təcrübədə olan filologiya fakültəsinin tələbələri.
Tələbənin dərsi müzakirə olunan zaman onun nəzərinə buraxdığı nöqsanlar və çatışmazlıqlar çatdırıldı, ümumiyyətlə, dərs qənaətbəxş hesab olundu.
Tələbə Zeynalova G. R. bildirdi ki, növbəti sınaq dərslərində qeyd edilən nöqsanlar aradan qaldırılacaq.
Gəncə Dövlət Universitetinin Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəblə (direktor Vəfa Abbasova) uğurlu əməkdaşlıq münasibətləri davam etdirilir.