TƏLİM BAŞA ÇATDI
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun və Gəncə Dövlət Universitetinin dəstəyi, Universitet və Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin təşkilatcılıgı ilə tələbələrimiz üçün ” İnkişafın professional stratergiyası” adlı 3 günlük təlim kursu təşkil olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçisi Mübariz Qasımovun apardığı təlimdə 50 nəfərə qədər Pedaqoji fakültənin Təhsildə psixoloji xidmət ixtisasının II,III,IV kurs, Məktəbəqədər təlim – tərbiyə ixtisasının II kurs, Ryaziyyat-informatika fakültəsinin Riyazyyat –inrormatika ixtisasının III kurs tələbəsi fəal iştirak etmişdir. Onlar gənc nəslin səxsiyyət kimi formalaşması, asudə vaxtlardan səmərəli istifadə, dunyagöruşün artırılması və intellektin inkışafi, dövlət quruculugnda yaxından iştirak və digər məsələlər barədə məlumatlarını genişləndirmişlər.
Təlimin sonunda Pedaqoji fakültə Tələbə Elmi Cəmiyyətinin sədrı baş müəllim Telli Cabbarova layihənin gercəkləşməsi üçün yaradılan yüksək səraitə görə rektor professor Yusif Yusibova, Elm və inovasiyalar uzrə prorektor dosent Pərvin Kərimzadəyə, Universitet Emi Cəmiyyətin sədri dosent Sahil İbrahimliyə , Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ekspert təlimçıisi Mübariz Qasımova, Pedaqoj fakültənin dekanı dosent Bayram Apoyevə oz təsəkkürünü bildirdi.
Ekspert təlimçisi Mübariz Qasımov tələbələri “Diplomla” mükafatlandrdi.