Təcrübəçi tələbələrin açıq dərsi keçirilib

Nizami Gəncəvi  adına 11 saylı  tam orta məktəbdə Filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə  4-cü kurs tələbəsi Aytəkin Heydərovanın 5-ci sinif şagirdlərinə  “Əlincə qalası” mövzusunda  açıq dərsi keçirilib.

 Dərsdə 11 saylı tam orta məktəbin direktoru Ülfət Məmmədova Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev,  metodist müəllim  Sevinc Qəmbərova,  orta məktəbin fənn müəllimi  Könül Cəfərova və həmin məktəbdə pedaqoji təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.

            Təcrübəçi tələbə dərsdə Əlincə qalasının yüksək və sıldırımlı bir dağ üzərində qərar tutmasından, qalanın ehtimal olunan inşa tarixindən, “Əlincə” adının qədim türk  dilində “düzənlik, meydan” sözlərindən əmələ gəlməsindən bəhs edib.

Həmçinin mövzuda işlədilən sözlərin işlədilməsi barədə ətraflı  məlumat verib,  tapşırıqlarda   verilmiş sözlərin  isim, yoxsa fel olduğunun müəyyənləşdirilməsini, sözlərin tərkibindəki şəkilçilərin leksik və ya qrammatik olmasının  aydınlaşdırılmasını  şagirdlərdən  soruşub.

            Dərs  tədris prosesinin tələblərinə  uygun  kecirilib, müasir təlim metodlarından, əyani vəsaitlərdən istifadə olunub və müvəffəq qiymətləndirilib.

X X X

            N.Gəncəvi  adina 11 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri üçün Azərbaycan dili və ədəbiyyatın müəllimliyi  ixtisasının  4-cü kurs tələbəsi  Xanım Quliyevanın “Xocalıdan yadigar”  mətninin təhlili mövzusunda  açıq dərsi keçirilib.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim  baş müəllim Sevinc Qəmbərova,  orta məktəbin fənn müəllimi  Könül Cəfərova və digər təcrübəçi tələbələr iştirak ediblər.

            Məqsəd mürəkkəb isim və onların yazılışını şagirdlərə mənimsətmək idi. Təcrübəçi tələbə dərslikdə verilmiş çalışmalarla bağlı kurikulum üsulundan istifadə edərək mürəkkəb sözlər və onların yazılışına dair tapşırıqlar üzərində aktiv iş aparıb.  Tələbə müasir texniki avadanlıqlardan iatifadə edib.

            Dərsin  təhlili zamanı bir sıra metodiki məsləhətlər verilib, dərs müvəffəq qiymətləndirilib.