Təcrübəçi tələbənin sınaq dərsi dinlənilib
İsrafil Məmmədov adına 27 saylı məktəb- liseydə Tarix-coğrafiya fakültəsinin 4-cü kurs tələbəsi Səkinə Rəhimovanın “Kilsənin yolları necə ayrıldı” mövzusunda sınaq dərsi keçirilib.
Dərsdə liseyin direktoru Kəmalə İsgəndərova, direktorun müavini Şahin Əzizzadə, Ümumi tarix kafedrasının müdiri Vüsalə Veysəlova, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Xəyalə Ələsgərova, məktəbin- liseyin fənn müəllimi Qönçə Bayramova və təcrübəçi tələbələr iştirak ediblər.
Bildirilib ki, mövzuda 16-cı yüzillikdə Avropada baş verən reformasiya hərəkatından bəhs olunur. Məhz Avropanın sonrakı tarixində böyük izlər qoymuş reformasiya hərəkatı Avropada yaşayan xalqların kilsə zülmünə qarşı mübarizəsini özundə əks etdirir. Təcrübəçi tələbə reformasiya hərəkatı nəticəsində nəticəsində Vatikan kilsəsinin, Roma papasının nüfuzuna vurulan böyük zərbədən geniş bəhs edib.