TƏDRİS DEPARTAMENTİ

Respublikamızda təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın təhsil sistemində başlanan islahatların uğurlu nəticələri artıq özünü büruzə verməkdədir. Cənab Prezident İlham Əliyev təhsilin inkişafına böyük önəm verərək demişdir: “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”.

Ümumiyyətlə, təhsilin başqa sferalarında olduğu kimi, ali təhsil sistemində də aparılan islahatlar öz bəhrəsini verir. Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir.

Təhsil sahəsində aparılan islahatlar Gəncə Dövlət Universitetindən də yan keçməmiş, idarəetmənin optimallaşdırlması sahəsində müsbət addımlar atılaraq bəzi qurumlar ləğv edilmiş, bəzilərinin adı dəyişdirilmiş və müasir idarəetmə sisteminin qurulması üçün yeni qurumlar yaradılmışdır. Universitetdə aparılmış islahatlar çərçivəsində Universitet Elmi Şurasının 05 may 2021-ci il tarixli 2 saylı iclasının qərarı və Universitet üzrə 16 may 2021-ci il tarixli 5/153 saylı əmrlə Tədris şöbəsi və Tədris-elektron mərkəzinin birləşdirilməsi yolu ilə Tədris Departamenti yaradılmışdır.

Tədris departamentinin tərkibində iki sektor fəaliyyət göstərir:

  • Tədrisin təşkili və idarə olunması sektoru
  • Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektoru

Tədris departamentinin direktoru

Yusifov Elturan Cahad oğlu – 01 yanvar 1974-cü ildə Qərbi Azərbaycanda qulluqçu ailəsində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini, 2011-ci ildə Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Ailəlidir, iki övladı var.

2018-ci ildə Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunda “Kənd təsərrüfatında torpaqdan istifadənin səmərəliliyinin yüksəldilməsi və torpaq münasibətlərinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Çoxlu sayda elmi əsərlərin və “Dövlət idarəçilində etika” adlı dərs vəsaitinin müəllifidir.

Hal-hazırda İqtisadiyyat kafedrasının dosentidir.