TƏDRİS-METODİK ŞURANIN 29 APREL 2022-Cİ İL TARİXLİ İCLASI BAŞ TUTDU

Gəncə Dövlət Universitetinin  Tədris-metodik şurasının yeni tərkibinin 29 aprel 2022-ci il tarixdə iclası keçirilib. Universitetin Tədris məsələləri üzrə prorektoru dos.Şahin Xurşudov  Tədris-metodik şurasının yeni tərkibi haqqın məlumat verərək  şuranın işinə müvəffəqiyyət arzuladı.

Tədris-metodik şuranın sədri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Vaqif Novruzov çıxış edərək, iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verdi. Şuranın iclasında Universitetdə tədris prosesinin gedişatı, mövcud problemlər, kafedralarda fənn pasportlaşmasındakı uyğunsuzluqlar, fakültələrdə yeni tədris ili üçün ixtisaslar üzrə seçmə fənlərin tələbələr tərəfindən seçilməsi, Universitet üzrə seçmə fənlərin seçilməsinə nəzarət etmək məqsədilə yaradılmış Monitorinq komissiyasının işi barədə məlumat verildi.

          Seçmə fənlərin 2022-ci il may ayının 11-dək təqdimat şəkilndə rektoluğa təqdim edilməsi və tədris prosesində mövcud problemlərin aradan qaldırılması barədə təkliflərin verilməsi qərara alındı.

          Sonda   tədris məsələləri üzrə prorektor dos.Şahin Xurşudov iclasa yekun vuraraq, şura üzvlərinə növbəti iclas üçün müvafiq təklif və tövsiyələrin təqdim edilməsi barədə göstəriş verdi.