TƏDRİS-METODİK ŞURANIN İCLASI KEÇİRİLİB
Gəncə Dövlət Universitetinin (GDU) Tədris-Metodik Şurasının iclası keçirilib. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni tədris metodları ilə bağlı həyata keçirilmiş işlərdən danışıb.
İclasda Universitetin Tədris Departamentinin direktoru Elturan Yusifov “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli KQ-12 tarixli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili Qaydaları” barədə məlumat verib. Diqqətə çatdırıb ki, həmin Qaydalara uyğun olaraq, hal-hazırda fəaliyyət göstərən Universitet Tədris-Metodik Şuranın fəaliyyətinin dayandırılması və kafedralar üzrə “Kafedra metodik qrupu”, fakültələr üzrə “Fakültə metodik qrupu” və Universitet üzrə “Elmi-Metodiki-Şura”nın yaradılması barədə qərar verilib.
Son olaraq yuxarıda qeyd olunan qurumların tərkibinin formalaşdırılması barədə qərar qəbul olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti