Tələbə Mediası layihəsinin ikinci günü
Hazırda Gəncə Dövlət Universitetində İqtisadi və Sosial İnkişaf Mərkəzinin (Centre for Economic and Social Development), Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə “Tələbə Mediası” adlı layihə davam edir.
Təlimlərin ikinci günü proqrama uyğun olaraq davam edir. Belə ki, günün birinci yarısı Almaniyadan olan təlimçilər, ikinci yarısı isə universitetimizdən olan təlimçilər müvafiq mövzularda təlimlərə başlamışdır.