Tələbə Ombudsmanı fəallığı ilə seçilir
Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsinə əsasən yaradılmış Tələbə Ombudsman mərkəzi fəaliyyətinin davam etdirir. Belə ki, yeni təyin olunan tələbə ombudsmanı Rəşad İsgəndərov fakültələrdə tələbələrlə görüş keçirir və tələbə ombudsmanı haqqında məlumat verir. Mərkəz müstəqil şəkildə fəaliyyət göstərir və yalnız Universitet Elmi Şurası qarşısında dövrü hesabatlar verir. Tələbə Ombudsmanı universitet veb səhifəsi vasitəsi ilə onlayn şəkildə müraciətlərə gizlilik prinsiplərini qoruyaraq baxır. Qeyd olunan bölmə və tələbə ombudsman haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddə əldə edə bilrəsiniz: