Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektoru

Tələbə qeydiyyatı və dövlət nümunəvi sənədlərlə iş sektoru 1938-ci ildən fəaliyyət göstərir. Tələbələrin şəxsi işlərinin qəbulu və saxlanılmasını, diplomların hazırlanıb tələbələrə çatdırılmasını həyata keçirir. Statistik hesabatlar yerinə yetirir və tələbəylə bağlı bütün hərəkəti tənzim edir.

Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun vəzifələri aşağıdakılardır:

  1. Rektorluğun əmr və sərəncamlarının icrası
  2. Hər tədris ilində birinci kursa qəbul olunmuş və digər kurslarda təhsil alacaq tələbələrin hərəkatına nəzarət etmək, tələbələrin şəxsi işlərini hazırlamaq
  3. Hər tədris ilində Universitetə yeni qəbul olunan və bitirən tələbələrlə əlaqədar məlumatların “Tələbə-Məzun elektron” sisteminə yüklənilməsi
  4. Hər tədris ilində birinci kursa qəbul olunmuş tələbələr barədə məlumatların SİNAM sisteminə yüklənilməsi
  5. Hər tədris ilinə aid statistik məlumatların hazırlanması
  6. Universiteti müxtəlif tədris illərində bitirən məzunlara diplomların və diploma əlavələrin yazılması və verilməsi
  7. Tədris ili üzrə qış və yay tətili dövründə bir ixtisasdan digərinə və ya başqa ali təhsil müəssisələrindən köçürülmüş, bərpa olunmuş tələbələrin sənədlərinin işçi qrupunun müzakirəsinə çıxarmaq və müvafiq məlumatları Təhsil Nazirliyinə təqdim etmək
  8. Köçürülmüş və ya bərpa olunmuş tələbələrin Təhsil Nazirliyinin razılıq məktubu əsasında köçürülmə və ya bərpa əmrləri layihəsinin hazırlanması
  9. Hər tədris ilində Universiteti bitirən və magitratura səviyyəsinə qəbul olunan bakalvrların orta ballarının Dövlət İmtahan Mərkəzinin bazasına yüklənilməsi
  10. Hər tədris ilində Universiteti bitirən məzunlara arayış verilməsi
  11. Məzunların diplomları haqqında məlumatların Təhsil Nazirliyinin “Diplomların elektron məlumat bazası”na yüklənilməsi
  12. Universiteti müxtəlif tədris illərində bitirən məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi

Qüdrət İlyas oğlu Verdiyev – sektor müdiri

1967-ci ildən Gəncə Dövlət Universitində işləyir. Hazırda Tələbə qeydiyyatı və dövlət nümunəvi sənədlərlə iş sektorunun müdiridir.

Ünvan: Heydər Əliyev prospekti, 429               

Telefon: (+99422) 266-68-10


Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun əməkdaşları:

  • Verdiyev Qüdrət İlyas oğlu – sektor müdiri
  • Bağırova Məlahət Həbib qızı- metodist
  • Abbaszadə Aynur Sabir qızı –  metodist
  • Fərəcova Aygün Əli qızı – metodist
  • Quliyeva Günay Yəhya qızı – metodist
  • Verdiyeva Aynurə Nazim qızı – mühəndis-proqramlaşdırıcı
  • İsmayılova Zülfiyyə Musa qızı- operator
  • Hüseynova Cehunə Qoşqar qızı- dispeçer
  • Xəlilova Nailə Yaqub qızı – böyük inspektor
  • Rəhimova Vəfa Rafiq qızı – inspektor
  • Ağamirzəyeva Arzu Həsən qızı- inspektor
  • Əbilova Günəş Fətiağa qızı- inspektor
  • Kazımova Xəyalə Adil qızı- operator
  • Quliyeva Nuray Faiq qızı – operator
  • Əsilbəyov Anar Müslüm qızı – dispeçer
  • Hacıyeva Nazlı İrza qızı – dispeçer
  • Hüseynova Ülviyyə Sahib qızı – dispeçer