Tarix-Coğrafiya və Pedaqoji fakültənin tələbələri ilə görüş keçirilib
Gəncə Dövlət Universiteti ilə Gəncə SOS Uşaq Kəndi arasında qurulmuş əməkdaşlıq əlaqələri 2024/2025-ci tədris ilində də uğurla davam etdirilir. Universitetin I və III kurs tələbələrinin ali məktəbdə aldıqları nəzəri bilikləri möhkəmləndirmək və gələcək fəaliyyətlərində tətbiq etmək məqsədilə yaxın günlərdə Gəncə SOS Uşaq Kəndində dərs cədvəlinə uyğun olaraq praktik-seminar məşğələsinin təşkili nəzərdə tutulur.
Bununla bağlı olaraq 04 oktyabr 2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin Sosial iş, Psixologiya və Təhsildə sosial psixoloji xidmət ixtisaslarının II və III kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, fakültə dekanları, kafedra müdirləri və fənn müəllimləri iştirak ediblər.
Universitetdə tədris olunan mövzulara uyğun Gəncə SOS Uşaq Kəndində keçiriləcək praktik–seminar məşğələləri, sosial işin təşkili və uşaqların himayə götürülməsi qaydaları haqqında ərtaflı danışılıb.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti