TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsil alanların elmi tədqiqat fəaliyyətinin yeni sosial- iqtisadi şəraitə uyğunlaşdırılmasında Gəncə Dövlət Universitetinin işinə kömək etməkdən ibarətdir.
TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, ali təhsil müəssisəsinin Nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur və bu əsasnamə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 27 iyun 2014-cü il tarixli 752 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində təhsil alanların elmi-tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə uyğun şəkildə işlənib hazırlanmışdır.
TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı struktur vahidlərinin formalaşdırılması prinsipi, fəaliyyətinin konkret şərtləri “Ali təhsil müəssisəsində təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə, habelə GDU-nun Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

TEC-in vəzifələri aşağıdakılardır:

  • tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
  • elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
  • tələbələrdə tədqiqatçılıq fəaliyyətinə və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
  • tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;
  • tələbələrə elmi-texniki və iqtisadi məsələlərin müstəqil həlli yollarının üsul və vasitələrinin öyrədilməsi;
  • istedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;
  • elmi və elmi-pedaqoji kadr hazırlığı sistemi üçün perspektivli gənclərin seçilməsi və onların tədqiqatçılıq fəaliyyətinə hazırlanması;
  • digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi, tələbə elmi tədqiqat işinin təşkilinə dair mütərəqqi müasir forma və metodların tələbələrin elmi tədqiqat işinə tətbiq edilməsi;
  • müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
  • tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
  • innovasiya biznesi və sahibkarlıq vərdişlərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;
  • tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
  • GDU-da və Universitetdən kənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.

Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər. TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin (elmi dərnəyin və ya gənc alimlər birliyinin rəhbərinin) rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir. TEC-in üzvlərinin TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək,TEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək, TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək,TEC-in fəaliyyətinə dair informasiya əldə etmək,TEC-in Şurasına seçmək və seçilmək, yerli və beynəlxalq qrant proqramlarında iştirak etmək kimi hüquqları vardır.
TEC-in strukturuna kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi dərnəkləri,elmi dərnəkləri profil üzrə birləşdirən gənc alimlər birliyi (bölmələri), hər kursda (patokda) təhsil alanların elmi işinə cavabdeh olan TEC-in kurs (patok) bölmələri, TEC-in fakültə bölmələri daxildir.
TEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləşmələrin aparılması daxildir. Bu sənədlər aşağıdakılar ola bilər: müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali təhsil müəssisəsinin rektorunun tələbə elmi işinə dair əmr və sərəncamları, GDU-nun TEC-nin Əsasnaməsi, TEC-in illik iş planı və hesabatı, TEC-in iclaslarının protokolları, tələbə elmi konfranslarının sənədləri və materialları (hazırlıq planı, məruzələrin tezisləri, iclas protokolları, konfransın nəşr olunmuş materialları və s.) ən yaxşı tələbə elmi tədqiqat işi, qrant və s. müsabiqələrin keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma və s.), TEC-in üzvləri haqqında məlumat bazası, respublika təşkilatları və digər ali təhsil müəssisələri ilə yazışmalar və s.


Ələkbərova Lalə Vüsal qızı – SƏDR

14 iyul 2002-ci ildə Göygöl rayonunda anadan olub. 2019-cu ildə Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasına yüksək balla daxil olmuşdur. 2021-ci ildə Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir.
Elektron poçt ünvanı: lala.alekberova.021@student.gdu.edu.az
Əlaqə nömrəsi: +994 841 55 79

Quluyeva Xalidə Aqil qızı – SƏDR MÜAVİNİ

27 may 2003-cü ildə Gəncə şəhərində anadan olub. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına daxil olmuşdur. 2023-cü ildə Tələbə Elmi Cəmiyyətinin sədr müavini seçilmişdir.
Elektron poçt ünvanı: xalidequluyeva84@gmail.com
Əlaqə nömrəsi: +994 50 671 44 82

Elektron poçt ünvanı: tec@gdu.edu.az

“Gəncə Dövlət Universitetinin”  Tələbə Elmi Cəmiyyətinin Şurasının

2023/2024-cü tədris ilində fəaliyyət göstərəcək tərkibinin

SİYAHISI

1 Kərimzadə Pərvin OrxanElm və innovasiyalar üzrə prorektor tarix elmləri namizədi, sədr
2Ələkbərova Lalə VüsalTEC sədri, Kimya-biologiya fakültəsi, Kimya və biologiya müəllimliyi ixtisası, V kurs tələbəsi, katib
3Rzayeva Mətanət FiruddinKimya-biologiya fakültəsinin TEC rəhbəri, Kimya kafedrası, dosent, üzv
4Süleymanova Leyla HidayətKimya-biologiya fakültəsinin TEC sədri, Kimya-biologiya fakültəsi, Kimya və biologiya müəllimliyi ixtisası, III kurs tələbəsi, üzv
5Bəşirova Nürəngiz FiruzRiyaziyyat-İnformatika fakültəsinin TEC rəhbəri,Riyazi analiz kafedrası, fəlsəfə doktoru, üzv
6Səfərova Familə BayramRiyaziyyat-İnformatika fakültəsinin TEC sədri, Riyaziyyat-İnformatika fakültəsi, Komputer elmləri ixtisası I kurs tələbəsi, üzv
7Tağıyeva Mətanət CamalFizika və Texniki fənlər fakültəsinin TEC rəhbəri, Fizika kafedrası, dosent, üzv
8Məmmədov Əli İlhamFizika və Texniki fənlər TEC sədri, Fizika və Texniki fənlər fakültəsi, Fizika müəllimliyi ixtisası, II kurs tələbəsi, üzv
9Cabbarova Telli Rəhim Pedaqoji fakültəsinin TEC rəhbəri, Psixologiya kafedrası, baş müəllim, üzv
10Məlikova Tahirə VüqarPedaqoji fakültəsinin TEC sədri, Pedaqoji fakültəsi, təhsildə sosial-psixoloji xidmət ixtisası, II kurs tələbəsi, üzv
11Hacıyeva Nəsibə NiyazTarix-Coğrafiya fakültəsinin TEC rəhbəri, Coğrafiya kafedrası, dosent, üzv
12Abbasov Zamin RizvanTarix-Coğrafiya fakültəsinin TEC sədri, Tarix-Coğrafiya fakültəsi, Tarix-Coğrafiya müəllimliyi ixtisası, IV kurs tələbəsi, üzv
13Cəlilova Türkan Müzadil Xarici dillər  fakültəsinin TEC rəhbəri, Qrammatika və ingilis dilinin tədrisi kafedrası, müəllim, üzv
14Məsimov Emin Rövşən Xarici dillər  fakültəsinin TEC sədri,  Xarici dillər  fakültəsi, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası, I kurs tələbəsi, üzv
15Abbasova Şəhla Raufİqtisadiyyat və İdarəetmə fakültəsinin TEC rəhbəri, İqtisadiyyat kafedrası, baş müəllim, üzv
16Zeynalova Tellan Vasifİqtisadiyyat və İdarəetmə fakültəsinin TEC sədri, İqtisadiyyat və İdarəetmə  fakültəsi, Marketinq ixtisası, II kurs tələbəsi, üzv
17İsgəndərov Vüsal VaqifFilologiya fakültəsinin fakültəsinin TEC rəhbəri, Azərbaycan və dünya ədəbiyyatı kafedrası, müəllim, üzv
18Rzayeva Günay ZöhrabFilologiya fakültəsinin TEC sədri,  Filologiya  fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, IV kurs tələbəsi, üzv
19Yaqubov Emin Kərim Magistratura şöbəsinin TEC rəhbəri,  Magistratura şöbəsinin müdiri, dosent, üzv