GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu

2 sentyabr 1970-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində ziyalı ailəsində anadan olub. 1987-ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirib. Həmin ildə Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olub və 1992-ci ildə oranı Lenin təqaüdü və fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Elmi Şuranın qərarı ilə Azərbaycan Texnologiya Universitetində laborant vəzifəsində çalışıb. 1994-2000-ci illərdə Gəncə Elm-Təhsil Mərkəzinin Yeyinti Sənaye İnstitunda dekan müavini, kafedra müdiri vəzifələrində işləyib. 1998-ci ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitunda “Aqrar-sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru üzrə elmi dərəcəsi alıb. 2001-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışıb.

           2007-ci ildən Gəncə Dövlət Universitetində, dekan müavini, “Təcrübə və karyera” şöbəsinin müdiri və 2013-cü ildən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır.

         2013-cü ildən ADAU-nin  “Aqrobiznesin təşkili və idarəedilməsi” kafedrasının doktorantıdır. “Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində doktorluq dissertasiyasını yerinə yetirir.

         2014-cü ildə Türkiyə və Orta Doğu Amme idarəsi Enstütüsü tərəfindən “Yüksək öğretim yönetimi” seminarında iştirak etmiş və sertifikat almışdır.

         Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli 634 №-li sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub.

        63 elmi məqalə, 2 dərslik və 1 dərs vəsaiti müəllifidir.

        1998-ci ildən YAP-nın üzvüdür.

        Ailəlidir, 2 övladı var.