ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin tarix fakultəsndə Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

          Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutlaa yad edilmişdir.

          Sonra tədbiri universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli  dövlət xadimi olan Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

          Sonra universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev, sosial fənlər kafedrasının müdiri, dosent Asim Məmmədov, tarix fakultəsinin dekanı Urfan Həsənov və başqaları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.