UNİVERSİTETDƏ “İNKLÜZİV SÖHBƏT” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR TƏŞKİL OLUNUB

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “İnklüziv söhbət” layihəsi çərçivəsində “Beynəlxalq əlillər günü”münasibətilə tədbir təşkil olunub.

Tədbirdə  çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələri salamladsıqdan sonar,  “Əlillər günü”  ilə bağlı məlumatları bölüşüb. Bildirib ki, əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə 1997-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ümumrespublika səviyyəli sərgi və baxış müsabiqələrə başlanılıb. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər də uğurla davam etdirilir. Ölkə başçısının  həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı bu barədə danışarkən deyib: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər”.

 “İnklüziv söhbət” layihəsinin rəhbəri pedaqoji fakültənin IV kurs tələbəsi Aytac Bayramova layihə haqqında məlumatları tələbələrin nəzərinə çatdırıb.

Daha sonra çıxış edən Xarici dillər fakültəsinin Alman dili ixtisası III kurs tələbəsi Aytac Səmədova öz həyatı və nailliyyətləri haqqında məlumat verib. Qeyd edib ki, Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb ki, həmin mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmasında mühüm əhəmiyyət kəsb edir. Fond tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalar, həmin insanların cəmiyyətə inteqrasiyasına yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünəinam hissinin yüksəlməsinə xidmət edən ardıcıl nəcib layihələr həyata keçirilir. Belə ki, sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına mühüm dəstək göstərilir.

Yekunda çıxış edən universitetin tələbəsi olmuş Mobil Qarayev bildirib ki,  uğurlu nəticələr əldə etmək üçün tələbər daima özlərinə inanmalıdırlar.