Universitetin əməkdaşı beynəlxalq konfransdakı məruzəsinə görə xüsusi Sertifikatla təltif olunub
Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin baş müəllimi Toğrul Yusifli Türkiyənin Samsun şəhərində keçirilən Birinci Beynəlxalq Gənclik Konfransında iştirak edib.
Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin təşkilatçılığı ilə Qazi Mustafa Kamal Atatürkün Samsuna gəlməsinin və Milli Mücadilə Hərəkətinin başlanmasının 100 illiyi münasibətilə Konfrans keçirilib.
Konfrans Mustafa Kamal Paşanın “Bandırma” vapuru(bərə-gəmi) ilə İstanbuldan hərəkət edərək 19 may 1919-cu ildə Samsuna gəlməsi və Türkiyə Cümhriyyətinin yaranmasını hazırlayan tarixi dönəmin başlanması kimi əhəmiyyətli tarixi hadisəyə həsr olunub.
Dünyanın bir çox ölkələrindən gəlmiş konfrans iştirakçıları içərisində Gəncə Dövlət Universitetini təmsil edən Toğrul Yusifli “Qurtuluş Savaşı dövrünün siyasi gerçəklərinin Əli bəy Hüseynzadənin publisistikasında təqdimatı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə böyük maraq doğurub və Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən yüksək qiymətləndirilərək, xüsusi Sertifikatla təltif olunub