UNİVERSİTETİN BAŞ MÜƏLLİMİ FRANSADA KEÇİRİLƏN TƏLİMLƏRDƏ İŞTİRAK ETMİŞDİR
Fransa Respublikasının Azərbaycandakı sefirliyinin dəstəyi ilə Dünya Fransız dili müəllimlərinin “Frankafoniya “ təşkilatı tərəfindən təşkil edilmiş Fransanın Nitsa şəhərində keçirilən təlimdə Universitetimizin Fransız dili kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Vüsalə İsgəndərəva da iştirak etmişdir.
Nitsa şəhərinin Sən-Anjeli universitetində keçirilən iki həftəlik kursda gənc kadr potensialının formalaşdırılmasına yönlənmiş fransız dilinin ən son texnologiyaları tədris olunmuşdur .
Təlimlərdə professor-pedaqoq Sedriq Mayo-Jüye və Kristian Jakamino yeni tədris metodlarından istifadə və tətbiqi haqqında fikirlərini bölüşmüşlər. Sedriq Mayo-Jüye müxtəlif oyunların, son texnologiyaların istifadəsini fransız dilinin mənimsənilməsinin effektliyində “Jouer c”est serieux”-“Oynamaq ciddidir” ifadəsini, tələbələrin oynayaraq öyrənməsini əsas tutmuşdur. Kristian Jakamino isə 30 ildən bəri üzərində çalışdığı və 12 ildir tədris prossesində tətbiq etdiyi “Moulin à Paroles”-“Söz Dəyirmanı” adlı web səhifəsi ilə işləməyi nümayiş etdirmişdir. Onun sözlərinə görə bu metod fransız dili öyrənənlərin, dili daha asan və səriştəli mənimsəmələrinə kömək edir.
Ölkəmizlə yanaşı təlimlərdə Rumuniya, Əlcazair və Qazaxıstandan da fransız dili müəllimləri iştirak etmişlər. Təlimlə yanaşı təşkilat tərəfindən Monako krallığına, Kann, Vilfranş şəhərələrinə səfərlər təşkil olunmuş, tədrisin son günü isə “Soirée İnterculturelle” – “Mədəniyyətlərarası yığıncaq” təşkil edilmişdir.
Bu tədbirdə Gəncə Dövlət Universitetinin Fransız dili kafedrasının baş müəllimi Vüsalə İsgəndərəva ölkəmizi kiçik video çarxla, milli rəqslə təbliğ etmişdir.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ