Universitetin baza müəssisəsində təcrübəçi tələbələrin sınaq dərsləri davam etdirilir
Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyindəKimya – biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Vüsalə Hacıyevanın 8b sinifində “Oksidləşmə reduksiya reaksiyalarının əmsallaşdırılması” mövzusun da sınaq dərsi keçirilmişdir.
Dərsdə Təcrübə və karyera şöbəsinin əməkdaşı Elqanə Qocayeva, təcrübə rəhbəri Aygün Zeynalova, orta məktəbin Kimya müəllimi Sevda Abbasova, həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Dərsdə təcrübəçi tələbə Vüsalə Hacıyeva qeyd etdi ki, mövzuda oksidləşmə-reduksiya reaksiyalarının təsnifatı haqqında ətraflı məlumat verərək, molekullararası, molekuldaxili, komnutasiya və disproporsiya reaksiyalarını misallar üzərində izah etdi.
Həmçinin kimyəvi reaksiya baş verərkən oksidləşmə dərəcəsinin dəyişməsinin əyani şəkildə maddənin xassələrinin dəyişməsinə təsirini Kalium bixromatın və parşalanma reaksiyaları əsasında izah etdi.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.