Universitetin baza müəssisəsində təcrübəçi tələbənin sınaq dərsi
Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində Biologiya-kimya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisası üzrə V kurs tələbəsi Hacıyeva Vüsalə Xəqani qızının 7b sinifində Kimya fənnindən “Hidrogen alınması və xassələri” mövzusunda sınaq dərsi keçirilmişdir.
Dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudov, Biologiya-Kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev, Kİmya kafedrasının müdiri dosent Aynur Məmmədova, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, təcrübə rəhbəri baş müəllim Vüsalə Qəhrəmanova həmin məktəbin fənn müəllimi Sevda Abbasova, məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak edirdilər. Təcrübəçi tələbə Vüsalə Hacıyeva sınaq dərsində hidrogenin element kimi atom quruluşu, dövrü sistemdə mövqeyi, alınması və xassələri haqqında geniş məlumat verdi.
Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, proyektordan səmərəli istifadə olundu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.
Dərsi yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.
Ümumiyyətlə, Gəncə Dövlət Universiteti ilə Mehti Mehtizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb- liseyin arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.