Universitetin müəllimləri inklüziv təhsil sahəsində bacarıqlarını artırıblar
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlimçilərin təlimi keçirilib
Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq əsasında keçirilən təlimlərdə Bakı, Gəncə şəhəri, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından seçilmiş 18 müəllim iştirak edib.
Təlimdə Gəncə Dövlət Universitetini 4 nəfər – Ümumi pedaqogika kafedrasının pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Nağıyeva, pedaqogika üzrə fəlsəfə doktoru Təhminə Nəbiyeva, baş müəllim Göyçək Pirverdiyeva və baş müəllim Bəsirə Abbasova təmsil ediblər.
Beş gün davam edən təlimdə İngiltərədən gələn peşəkar təlimçilər tərəfindən ustad təlimlər keçirilib.
Sonda hər bir iştirakçıya beynəlxalq səviyyəli sertifikat təqdim olunub.