UNİVERSİTETİN ORTA MƏKTƏBLƏ ƏMƏKDAŞLIĞI DAVAM EDİR
Artıq bir neçə gündür ki, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Pedaqoji fakültəinin Təhsildə sosial-psixoloji xidmət ixtisaslarında təhsil alan IV kurs tələbələrinin yekun pedaqoji təcrübələri başlamışdır.
Gəncə Dövlət Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov Gəncə şəhərində yerləşən Məhəmməd Fizuli adına 22 saylı tam orta məktəbdə olmuş, pedaqoji təcrübənin gedişi ilə maraqlanmış, təcrübəçi tələbələr və rəhbər müəllimlərlə görüşlər təşkil etmişdir. Sınaq dərslərinin təşkili və keçirilməsi, müzakirəsi, sənədləşmələrin aparılması barədə əlavə izahatlar verilmiş, təlimati qaydalar bir daha nəzərə çatdırılaraq bildirilmişdir ki, təcrübəçi tələbələr intizamlı olmaqla yanaşı, aidiyyatı məktəblərdə olmalı, nümunəvi davranış qaydalarına əməl etməli, məktəb kollektivi ilə birgə müxtəlif ictimai-siyasi tədbirlərin təşkilində fəallıq göstərməlidirlər.