UNİVERSİTETİN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ HƏRBİ YÜRÜŞDƏ İŞTİRAK EDİBLƏR
Bu gün – sentyabrın 15-də 1918-ci il Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bu münasibətlə Gəncə şəhərində Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Gəncənin mərkəzi küçəsində (Heydər Əliyev meydanı) “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilib.
Tədbirdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov və professor-müəllim heyəti də iştirak ediblər.