UZUN MÜDDƏTDİR DAVAM EDƏN İKT SAVADLILIĞININ ARTIRILMASI TƏLİMLƏRİNİN BİRİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Təhsildə İnnovativ Texnologiyalar əlavə təhsil mərkəzi (İTE) tərəfindən “Ali təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya, sərbəst öyrənmə portalı ( edX platforması) və İKT savadlılığının artırılması” adlı təlimin birinci mərhələsi başa çatıb. Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzində müəllimlər üçün təşkil olunan təlimlərin əsas məqsədi İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, müasir təlim strategiyalarından istifadə və təhsildə ən son trendlər və texnologiyaların tətbiqi olmuşdur. Növbəti mərhələdə əlavə olaraq universitetin daha 40 müəllimi üçün təlimlərin təşkil olunması nəzərdə tutulub.