VAHİD ƏZİZİN “PARAM-PARAM OLMUŞ İLLƏR” ŞEİRLƏR KİTABININ TƏQDİMATINA HƏSR OLUNMUŞ TƏDBİR
Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan Respublikasının Xalq şairi, tərcüməçi, Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizin “Param-param olmuş illər” şeirlər kitabının təqdimatına həsr olunmuş tədbir keçirildi. Tədbirdə görkəmli şairin həyatı, yaradıcılığı, göstərdiyi xidmətlər haqqında tədbir iştirakçılarına məlumat verildi, şairin öz ifasında şeirləri səsləndirildi. Vahid Əzizin poeziya dünyası haqqında danışan Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Əhmədova, Azərbaycan dili kafedrasının baş müəllimi Mətanət Mahmudova şairin yaradıcılığının spesifik xüsusiyyətləri haqqında fikirlər söylədilər, onun müxtəlif mövzularda yazdığı şeirlərdə yüksək insani keyfiyyətlərin təbliğ olunduğunu qeyd etdilər. İkinci Qarabağ müharibəsi dövründə yazılmış “Param-param olmuş illər” şeirlər kitabının Zəfər Günümüzün təntənəsini, əsgərlərimizin cəsurluğunu, yüksək döyüş ruhunu, düşmənin rəzilliyini əks etdirdiyini söylədiilər. Tədbirin sonunda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbələri- Günay Rzayeva, Leyla Camalzadə şairin şeirlərindən nümunələr səsləndirdilər.