Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Gəncə uşaq evi ziyarət edilib
Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin tələbə və müəllimləri Gəncə uşaq evini ziyarət ediblər.
Ziyarətdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Xarici dillər fakültəsinin III kurs tələbələri iştirak etmişlər. Onlar uşaqların tələbatları ilə maraqlanmış, onları dəftər, qələm və sair ehtiyac duyulan ləvazimatlarla təmin etmişlər. Uşaq evinin müdiri uşaqlara göstərilən bu diqqət və qayğını yüksək qiymətləndirmiş, müəllim və tələbələrə minnətdarlığını bildirmişdir.