XÜSUSİ ŞÖBƏ

Xüsusi şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir. Universitetdə Xüsusi şöbə dövlət sirrinin mühafizəsi üzrə məxfi rejim orqanıdır. Şöbədə hərbi mükəlləfiyyətli tələbə və işçilərin T2 şəxsi vərəqəsi üzrə qeydiyyata alınması, əyani təhsil alan çağırışçı tələbələrin F10 üzrə arayışların verilməsi işi icra edilir. İşə yeni daxil olacaq kişi işçilər barədə müvafiq məlumatlar qeydiyyatda olduğu SHXÇDX-nin bölmələrinə göndərilir. Xüsusi şöbə həmçinin universitet üzrə qeydiyyat üçün istifadə olunan kitabçaların, jurnalların möhürlənməsi işini icra edir.

Ünvan: Heydər Əliyev prospekti, 429

Telefon: (+99422) 266-74-18

Nəzirli Firdusə Muxtar qızı – şöbə müdiri

1993-cü ildə Gəncə şəhərində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri İncəsənət ixtisasını, 2020-ci ildə İqtisadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat ixtisasını bitirib. 2016-cı ildə Ümumi şöbədə operator vəzifəsini icra edib. 2017-ci ildən Xüsusi şöbənin müdiri vəzifəsində işləyir.


Şöbənin əməkdaşları


Natiqə Məmməd qızı Zeynalova

h/s üzrə mühəndis

Şəhla İdris qızı Zeynalova

böyük inspektor