Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!

Yaponiya səfirliyi tərəfindən Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında  brifinq keçiriləcəkdir.

MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi  tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramı olub (təhsil haqqından azad olma, aylıq təqaüd və ikitərəfli biletlə təmin olunma), Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.

Bu proqram 2019-cu il aprel və ya oktyabr ayından başlayaraq adətən 2 il ərzində Yaponiya universitetinin magistr və ya doktorantura proqramına rəsmi qeydiyyatsız tələbə statusunda (tədqiqatçı tələbə) təhsil üçün nəzərdə tutulmuş proqramıdır.
Birbaşa magistr və ya doktorantura mərhələsinə də müraciət etmək mümkündür. Lakin, MEXT və qəbul edən universitetin qərarından asılı olaraq birbaşa magistr və ya doktorantura mərhələsi üzrə deyil, tədqiqatçı tələbə kimi (rəsmi qeydiyyatsız tələbə) təhsilə başlamaq olur (keçən il qalib gəlmiş hər 3 azərbaycanlı tələbə “tətqiqatçı tələbə”kimi Yaponiyaya getmişlər). Tətqiqatçı tələbə kimi qəbul olunduqdan sonra, tələbə həmin müddət ərzində öz universitetinin magistratura və ya doktorantura pilləsinə (universitetə qəbul üçün gəldikdən yarım il və ya 1 il sonra universitetə qəbul olmaq üçün lazım olan prosedurlara başlayır. Bunun üçün tələbənin yaxşı nəticələrinin olması da tələb olunur) müraciət edir və uğurlu nəticə qazanarsa qəbul olaraq təhsilini davam etdirir.

Universitet seçimi üçün müraciətçinin öncədən “Təhsil almaq istədiyi universitlərə dair seçim formasını” təqdim etməyi gərəkdir. Səfirlik tərəfindən keçirilən birinci seçim mərhələsindən sonra, yalnız müvəffəq olmuş müraciətçilər özləri arzuladıqları universitetin professorları ilə əlaqə saxlayıb, “Qəbul sənədini” əldə etməlidir.
İxtisas seçimi müraciətçinin təhsil aldığı ixtisas və ya əlaqədar sahə üzrə olub, Yaponiya universitetində tədqiqat apara biləcəyi sahədə olmalıdır.

 Təqaüd proqramının əhatə etdiyi ödənişlər:
(1) Yaponiyaya gediş və qayıdış biletləri
(2) Təhsil haqqı
(3) Aylıq təqaüd (Elmi- tədqiqat aparan tələbələr üçün: 143000 yapon yeni)
(Magitr tələbələri: 144000 yapon yeni)
(Doktorantura tələbələri: 145000 yapon yeni)

 

Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləyə bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html

https://www.facebook.com/JapanEmb.Azerbaijan/

 

Təqaüd proqramı haqqında ətraflı məlumat almaq və suallarınızın cavablandırılması üçün bütün maraqlı şəxsləri brifinqə dəvət edirik.

Keçən ilki proqram və seçimlər haqqında məlumat üçün linkə nəzər sala bilərsiniz:

https://www.az.emb-japan.go.jp/itpr_ja/00_000315.html

 

Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqələrinizi mühafizə xidmətinə təqdim etməyi unutmayın.

Tarix: 22.04.2019 (bazar ertəsi)

Saat: (14:30 -16:00 Tədqiqatçı tələbələr, magistr və doktorantura təhsili üçün proqram)

Məkan: Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı (Ünvan: Rəşid Behbudov küçəsi 134)

 

Əlavə məlumat üçün:

Əlaqə: Yaponiya səfirliyi, Təhsil və Mədəniyyət şöbəsi

TEL:  490-78-18/19  (daxili nömrə:2)

Mail: culture-info@bk.mofa.go.jp