“Yeni bir fikrim var 2” ideya yarışmasının finalçıları müəyyən olub
“Yeni bir fikrim var 2” müsabiqəsinə təqdim olunan ideyaların qiymətləndirlməsi üçün rektorluğun 15.09.2025-ci il tarixli 5/490 saylı əmri ilə yaradılmış müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiyasının rəyinə əsasən aşağıdakı ideyalar finala vəsiqə qazanmışdır. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 38 ideya müraciəti edilmişdir. Tələbələrdən ibarət komandalar tərəfindən təqdim edilmiş 6 ideya, professor-müəllim heyətindən ibarət komandalar tərəfindən isə təqdim edilmiş 6 ideya finala vəsiqə qazanmışdır. Seçilmiş komandalar bu mərhələdə öz ideyalarını daha da təkmilləşdirəcək və finalda təqdim etmək üçün hazırlaşacaq. Finala vəsiqə qazanan komandalar ilə əlaqə saxlanılacaq və növbəti addımlar barəsində məlumat veriləcək. Finala vəsiqə qazanan komandaları təbrik edir və onlara finalda uğurlar arzu edirik.
Finala vəsiqə qazanan tələbələr:
İdeya: Yaşıl dərs otaqları
Müəlliflər: Leyla, Aysel, Nihad, Şahmar
Ixtisas: Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
İdeya: SADA
Müəlliflər: Məmmədova Sevgi, İsgəndərova Şəfiqə, Eyvazov Bərzamin
Ixtisas: İngilis dili müəllimliyi, Kimya müəllimliyi, Komputer Elmləri
İdeya: WasteLess Future
Müəlliflər: Aysun Abbasova,Aytac Mirzəyeva,Fidan Nəsibli,Yeganə Əkbərova
Ixtisas: Kimya və biologiya müəllimliyi
İdeya: GrandCloud
Müəlliflər: Cahid Məmişzadə, Cavid Qurbanov, Elcan İsaqov
Ixtisas: Biznesin idarə edilməsi
İdeya: Fructadrop
Müəlliflər: Zeynəb,Zəhra,Rəşid
Ixtisas: Biologiya ,Ekologiya
İdeya: Yaşıl Universitet Tətbiqi
Müəlliflər: İmanova Lamiyə, Ləman Cəfərova , Nəzrin Osmanova, Almaz Rzayeva
Ixtisas: Təhsildə sosial psixoloji xidmət
Finala vəsiqə qazanan professor-müəllim heyəti:
İdeya: Allergiyaya qarşı universal anti allergik maddə
Müəlliflər: Sevinc Zeynalova, Leyli Namazova
Kafedra: Kimya
İdeya: Diyetik inqridiyentlərlə hazırlanan şirniyat
Müəlliflər: Etibar Musayev, Məmmədova Yeganə, Əliyeva Elmira, Ələsgərova Aynurə
Kafedra: Ümumi tarix
İdeya: Balaca Səslər, Böyük Qəlblər
Müəlliflər: Səidə Həsənova, Nəbiyeva L., Quliyeva Ü.,Rüstmova S., Tağıyeva G.
Kafedra: Musiqi fənləri
İdeya: Orfoepiya və Orfoqrafiya Virtual Laboratoriyası
Müəlliflər: Nəbiyeva Ayşən Bəxtiyar qızı, Əliyeva Təranə Aslan qızı, Məmmədova Günel Əflatun qızı, Əsgərova Xalidə Səfər qızı
Kafedra: Azərbaycan dili kafedrası
İdeya: Urbanizasiya proseslərinin riyazi-statistik təhlili
Müəlliflər: İsmayılzadə Saidə Cəfər, Ceferova Fazile Ilyas
Kafedra: Ümumi tarix
İdeya: RetroArt – Köhnədən Yeniyə
Müəlliflər: Qoşqarlı Elnara Qoşqar qızı, Verdiyeva Esmira Hüseyin qızı, Musayeva Xəyalə Eyvaz qızı, Əliyeva Aqilə Natiq qızı
Kafedra: Təsviri incəsənət kafedrası

