Kateqoriya Arxivləri: Tələbə həyatı

GDU-da liderlik təlimi keçirilib.

GDU Tələbə- Gənclər Təşkilatı “Lider və liderlik xüsusiyyətləri” mövzusunda təlim keçirib. Tədbiri Tələbə- Gənclər Təşkilatının sədri Orxan Məmmədov giriş sözü ilə acaraq, yeni liderin araşdırılıb üzə çıxarılması yollarından, üstün idarəetmə baçarığından, yüksək təşkilatçılıq qabiliyyətinin formalaşmasından danışıb. Sonra təlimçı Qulu Abdullazadə gənclərə lider olmaq amillərindən , qabiliyyətlərinin üstünlüklərindən danışıb. Sonda gənclər yekdil bir fikrə gəliblər: liderlik […]

Davamı

GDU-da ‘Gender bərabərliyi’ adlı seminar keçirilib.

Oktyabrın 22 – də GDU TGT-nin təşkilatçılığı və “Gələcəyə Körpü” GİB -in dəstəyi ilə “Gender bərabərliyi” adlı seminar keçirilib. Əvvəlcə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov iştirakçılara seminarın mahiyyəti haqqında məlumat verib. Daha sonra “Gələcəyə Körpü” GİB-nin könüllülər üzrə kordinatoru Cavid Kərimov iştirakçıları salamlayaraq seminara başlayıb. Qeyd edək ki, seminar çərçivəsində maraqlı oyunlar və müxtəlif […]

Davamı

GDU-da kompyuter və ingilis dili kursları fəaliyyətə başlayıb.

Kurslar tələbələrin asudə vaxtının daha maraqlı və səmərəli təşkili üçün nəzərdə tutulub. Ödənişsiz olan bu kurslardan universitetin bütün tələbələri faydalana bilər. Tələbələr həftənin tək günləri kompyuter, cüt günləri isə ingilis dili kurslarında iştirak edə bilərlər. GDU-nun TGT sədri Orxan Məmmədov bildirib ki, xarici dil bacarıqlarını inkişaf etdirmək istəyənlər isə həftə sonları təşkil olunan konversation klublara […]

Davamı

Tələbə Gənclər Təşkilatı İntellektual oyun keçirdi.

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İntellektual Oyunlar Klubu 26 Sentyabr tarixində Fərdi oyun üzrə İntellektual oyun keçirib Oyunda Tarix –coğrafiya, Xarici dillər,Biologiya və Kimya, İqtisadiyyat və İdarəetmə fakultələrinin tələbələri olmaqla 70 gənc öz intellektini sınayıb. Oyunu giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələri salamlayıb, oyunların gənclər üçün nə […]

Davamı

“Uğura gedən yol idealardan keçir” adlı seminar keçirilib.

Sentyabrın 24 – də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “ Uğura gedən yol İdealardan keçir” adlı seminar təşkil edilib. Seminarda universitetin Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov təlimdə iştirak edən tələbələri salamlayaraq, seminarın mahiyyəti haqqında danışıb. Peşəkar təlimçi Gülnar Məmmədova tərəfindən tələbələrin maraqla qarşıladığı seminarda uğur əldə etməyin yollarını müxtəlif üsullarla izah […]

Davamı

Gəncə Dövlət Universitetində “Əsrin müqaviləsi” adlı konfrans keçirilib.

Konfrans “Əsrin müqaviləsinin” imzalanmasının 20 illiyinə həsr olunub. Konfransda çıxış edən GDU-nun Elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin dahiyanə siyasəti nəticəsində qərbin iri neft şirkətləri ilə uğurlu danışıqlar aparılıb. 1994-cü il sentyabrın 20-də bütün dünyada “Əsrin müqaviləsi” adı ilə tanınan neft kontraktları imzalanıb. “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışan […]

Davamı

Gəncə Dövlət Universitetində “Tələbə Endirim Kartları”nın paylanılmasına başlanılıb.

“Tələbə Endirim Kartları” Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən paylanılır. İlkin mərhələdə universitetin 3 fakultəsində təhsil alan 500-ə yaxın tələbəyə endirim kartları verilib. Tələbə kartları Universitetin Biologiya-Kimya, İqtisadiyyat və İdarəetmə və Filologiya fakültəsinin tələbələrinə paylanıb. Yeni iş həftəsində isə digər fakültələrin də tələbələrinə kartlar veriləcək. GDU-nun TGT-nin sədri Orxan Məmmədov bildirib ki, tələbə kartı […]

Davamı

Tələbə Gənclər Təşkilatı

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41 №li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün Ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə Gənclər Təşkilatları yaradılmışdır. Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı 12.05.2005-ci il tarixində təsis edilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) isə 20 noyabr […]

Davamı