20 YANVAR – QAN YADDAŞIMIZ


Gəncə Dövlət Universitetində 16 yanvar 2015-ci il tarixdə 20 Yanvar faciəsi ilə bağlı “20 Yanvar–Qan yaddaşımız” adlı geniş tədbir keçirildi. Professor Yusif Yusibov çıxışına başlamazdan əvvəl şəhidlərimizin ruhunu bir dəqiqə sükutla xatırlamağı iştirakçılardan xahiş etdi. Bir dəqiqəlik sükutdan sonra professor 20 yanvar faciəsnin Moskvanın Azərbaycan xalqına qarşı vəhşicəsinə törətdiyi cinayət olduğunu bir daha nəzərə çatdırdı.
Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş kütlələrə qarşı sovet ordusunun gecəykən, xəbərdarlıq edilmədən yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə əliyalın olmalarına baxmayaraq öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Rektor qeyd etdi ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar İmperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasəti idi. Bu faciəli gün İmperiya siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Humanitar məsələlər üzrə prorektor Asif Cavadov öz çıxışında faktlara müraciət edərək 20 yanvar faciəsi ilə bağlı Rus İmperiyasının qan üzərində qurulmuş siyasətinə tarixi nəzər saldı. B 1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyi tərəfindən rəvac verilməsi, azərbaycanlıların Ermənistandakı doğma torpaqlarından son nəfərə qədər qovulması, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xususi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi və buradakı bütün idarə-muəssisələrin tədricən Azərbaycanın tabeciliyindən cıxarılması, Moskvanın erməni separatcılarını yox, əksinə Azərbaycan xalqının əl-qolunu bağlaması millətin milli mənliyini qorumaq üçün ayağa qalxmaq həddinə gətirib çıxarmışdır. O da məlumdur ki, artıq 1989-cu ilin sonlarında Xalq Cəbhəsi bəzi rayonlarda hakimiyyəti ələ kecirmişdir. Naxcıvanın İranla sərhədindəki tikanlı məftillər sökülüb atılmışdır. Üstəlik Xalq Hərəkatının radikal qanadının Milli Mudafiə Şurası təşkil edərək nəzarəti oz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dovlət Təhlukəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” törətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq imkanı yaratdı, nəticədə 1990-cı ilin əvvəlində Kreml Azərbaycan xalqını cəzalandırmaq ücün Qanlı Yanvar qırğınını törətdi. akı şəhərinin ən hündür yerində yerləşən ŞəhidlərTədbirdə Fizika və texniki fənnlər fakültəsinin tələbələrindən Babək Tağıyev “20 yanvar gecəsində”, Anar Məmmədov “Qanlı yanvar”, Tarix-coğrafiya fakültəsinin tələbəsi Gülarə Tağıyeva “İlham-Fərizə”, Xarici dillər fakültəsinin tələbəsi Aytac Səlimova “Şəhidlər” adlı öz şerləri ilə çıxış etdilər. Pedaqoji fakültənin tələbəsi Əfsanə Mövlayevanın ifasında səslənən “Kimə açım, kimə deyim bu dərdi” adlı şeir böyük yanğı ilə qarşılandı. Tələbələr tədbiri “Şəhidlərin çağırışı” adlı səhnəciklə sona yetirdilər.
Sonda Gəncə Dövlət Universutetinin rektoru professor Yusif Yusibov tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.