2022/2023-CÜ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ DÖVLƏT HESABINA TƏHSİL ALACAQ SOSİAL HƏSSAS QRUPA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Universitetin müxtəlif ixtisaslarına ödənişli əsaslarla qəbul olunmuş və təhsil haqqı ödənişindən azad edilən abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!
Təhsil haqqı ödənişindən azad edilən tələbələr aşağıdakı statuslardan birinə malik olmalıdır:

  1. Məcburi köçkünlər;
  2. Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək, əyani)
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitutsiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
  4. Şəhid ailəsi üzvləri (atası, anası, həyat yoldaşı, qardaşı və ya bacısı şəhid olan) 23 yaşınadək olan şəxslər
  5. Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.
    Qeydiyyat zamanı təhsil haqqı ödənişindən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin surəti PDF formatında portal.edu.az saytında müvafiq xanalara yerləşdirilməlidir. Sənədlərin şəkli səliqəli və oxunan olmalıdır. Qeydiyyatdan sonra siyahıda qeyd edilmiş sənədlər Universitetin müəyyən etdiyi tarixə qədər Təhsil haqqı ödənişindən azad etmə komissiyasına təqdim edilməlidir.

Məcburi köçkün, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin, sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslərin nəzərinə!

Məcburi köçkünlər:
1) Məcburi köçkün vəsiqəsi;
2) Şəxsiyyət vəsiqəsi;
3) Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayış;
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Valideyn himayəsindən məhrum olmuş şəxslər(23 yaşınadək):
1) Tələbənin valideyninin (sağ olduqda-atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;
2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçısının qərarı;
3) Nigah haqqında şəhadətnamə (valideynlərinin);
4) Ölüm haqqında (atasının və ya anasının) şəhadətnamə;
5) Tələbənin doğum haqqında şəhadətnaməsi;
6) I və ya II qrup əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;
7) TSEK-in əlillik verilməsi barədə arayışı;
8) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Azərbaycan Respublikasinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);
2) Tələbənin doğum haqqında şəhadətnaməsi;
3) Əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;
4) TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayışı; -arayışda – Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır;
5) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Şəhid ailəsi üzvü (23 yaşınadək):
1) Tələbənin və valideyninin şəxsiyyət vəsiqəsi;
2) Tələbənin doğum haqqında şəhadətnaməsi;
3) Şəhid ailəsi vəsiqəsi;
4) Nigah şəhadətnaməsi;
5) Atasının (anasının, qardaşının, həyat yoldaşının) ölüm haqqında şəhadətnaməsi;
6) Hərbi komissarlıqdan arayış;
QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

  1. Şəxsiyyət vəsiqəsi;
  2. TSEK-in əlillik verilməsi barədə arayışı;
  3. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
    QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI