2022/2023-CÜ TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ VƏ TƏHSİL TƏLƏBƏ KREDİTİNDƏN YARARLANMAQ İSTƏYƏN ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

İlk addım portal.edu.az platformasından təhsil müəssisəsinə müraciət yollamaqdır. Müraciət edən zaman Sosial krediti, yaxud Standart krediti istəyinizi qeyd etməlisiniz. Məsul şəxs tərəfindən illik təhsil haqqının 20 %-dən artıq olmayan ödənişə yönləndiriləcəksiniz. Yalnız ödəniş etdikdən sonra e-ttkf.edu.az platformasından kredit üçün müraciət etməlisiniz.

  • e-ttkf.edu.az platformasından qeydiyyat üçün Notarius yaxud Asan Xidmət Mərkəzindən tələbənin adına RAZILIQ ƏRİZƏSİ alınmalıdır.
  • e-ttkf.edu.az platformasından RAZILIQ ƏRİZƏSİ ilə şəxsi kabinet yaradılaraq kredit üçün müraciət edilə bilər.
  • Təhsil tələbə kreditinin (TTK) sosial və standart növləri mövcuddur.
  • Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər.

Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər:

  • Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
  • 3-cü dərəcə əlilliyi olanlar;

Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar:

  • 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
  • İşsiz kimi qeydiyyatda olanlar;
  • Yaşa görə əmək pensiyası alanlar;
  • Yaşa görə sosial müavinət alanlar.

Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər: