“Xarici dillərin tədrisi və təlim metodologiyaları” mövzularında təlim təşkil olunacaq

Gəncə Dövlət Universitetində  05 – 26 may 2025-ci il tarixlərdə “Xarici dillərin tədrisi və təlim metodologiyaları” mövzularında seminar təşkil olunacaq.

Təlimin məqsədi müəllim heyətinin akademik və peşəkar ingilis dili üzrə biliklərinin artırılmasıdır.

 Təlimlər Leksika və ölkəşünaslıq kafedrasının ixtisaslı müəllimləri – Gülnara Nəsibova, Yaqut Hacıyeva,Urqiyə Hacıyeva və Ayşən Hüseynova  tərəfindən aparılacaq.