Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti
2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə (təkrar) ali təhsil almaq istəyənlər üçün əyani və qiyabi təhsil forması üzrə
SƏNƏD QƏBULU ELAN EDIR:
1.Tərcümə (ingilis) (əyani)
2.Biologiya (əyani)
3.Kimya (əyani)
4.Ekologiya mühəndisliyi (əyani)
5.Kompüter elmləri (əyani)
6.Dövlət və bələdiyyə idarəetməsi (əyani)
7.Maliyyə (əyani)
8.Menecment (əyani)
9.Mühasibat (əyani)
10.Turizm bələdçisi (əyani)
11.Psixologiya (əyani)
12. İqtisadiyyat (əyani, qiyabi)
13.Biznesin idarə edilməsi (əyani, qiyabi)
14.Tarix (əyani, qiyabi)
15.Sosial iş (əyani, qiyabi)
16.Məşqçilik (əyani, qiyabi)
17.Filologiya azərbaycan dili və ədəbiyyatı (əyani, qiyabi)
18.Marketinq (əyani, qiyabi)
19.Turizm işinin təşkili(əyani, qiyabi)
Əlavə (təkrar) ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə (təkrar) ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə (təkrar) ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– rektorun adına ərizə və müqavilə
– ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
– əmək kitabçasının surəti;
– 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
– şəxsiyyət vəsiqəsinin surəti;
Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Əlavə (təkrar) ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil – əyani və qiyabi formasında Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
QEYD: Sənədlər 2021-ci il iyu1 ayının 15-dan sentyabr ayının 10-dək (istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57, Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264 – 24 -44
(055) 650 – 20-20
(051) 765-01-51, (055) 275-79-41
e-mail zeynalov148@mail.ru gunel_huseynova_91@inbox.ru