Elmi-Metodik Şuranın yeni iclası keçirilib
Gəncə Dövlət Universitetinin Elmi-metodiki Şurasının 23.01.2026-ci il tarixli iclasının 04 saylı iclası keçirilib. İclası sədr, Tədris departamentinin direktoru Elturan Yusifov açaraq gündəlik məsələ haqqında iştirakçılara ətraflı məlumat verib. İclasda aşağıdakı məsələlər müzakirə edilmişdir:
- Universitet üzrə fakültələrin magistratura səviyyəsi üzrə yeni tədris planlarında nəzərdə tutulan fənlərin müvafiq kafedralar üzrə pasportlaşdırılması məsələsinə təkrar baxış:
- Tarix və coğrafiya fakültəsinin Tarix müəllimiyi, Tarix və coğrafiya müəllimliyi və Coğrafiya müəllimliyi ixtisaslarındakı “Məktəbşünaslıq” seçmə fənninin “İnkluziv təhsil və fərdiləşdirilmiş təlim” fənni ilə əvəz olunması məsələsi;
- Təhsil proqramlarında nəzərdə tutulan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən məcburi və seçmə fənlərə aid fənn proqramlarının müzakirəsi;
- Universitet əməkdaşlarının bakalavriat təhsil səviyyələri üçün hazırladıqları Ali Təhsil Müəssisəsi tərəfindən müəyyən edilən fənlərə aid proqramlara qrif verilməsi məsələsi;
- Universitet əməkdaşları tərəfindən hazırlanmış dərs vəsaitləri və metodiki vəsaitlərə qrif verilməsi məsələsi;
- Universitet üzrə 19.11.2025-ci il tarixli 5/659 saylı əmrin §2-nin 13-cü “Məzmun və strukturunda 20%-dən 30%-ədək dəyişiklik və təkmilləşdirmə olan poqramlar ” hissəsində qismən dəyişiklik məsələsi.
İclasda müzakirə edilən bütün məsələlər qənaətbəxş hesab edildiyi üçün rektorluq tərəfindən əmrləşdirilməsi təklif edilərək qərar qəbul olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


