Elmi-Metodiki Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetinin Elmi-metodiki Şurasının 4 saylı iclası keçirilib. İclası sədr, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov açaraq gündəlik məsələ haqqında iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, iclasda Fakültə Elmi Şuralarından daxil olunan təqdimatlar əsasında fənn proqramlarına qrif verilməsi məsələsi, Elmi-metodik Şuranın fəaliyyət planı üzrə aparılan işlər və digər məsələlər müzakirə edilməlidir. İclasda müzakirə edilən məsələlər qənaətbəxş hesab edildiyi üçün rektorluq tərəfindən əmrləşdirilməsi təklif edilərək qərar qəbul olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



