İşçi qrupun 2-ci iclası keçirilmişdir

19 mart 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün yaradılmış işçi qrupun 2-ci iclası keçirilmişdir. İclasın gündəliyində bir məsələ olmuşdur:

1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqi.

İşçi qrupun sədri dos. Emin Yaqubov qrup üzvlərini gündəlikdə duran məslələ ilə tanış etdikdən sonra müzakirələr başlamışdır. Qrup üzvləri dos.Cabbar Qarayev, Pərvanə Əliyeva, Elgün Həsənova, Rəvan Əzizov müzakirə olunan məsələ ilə bağlı fikirlər söyləmiş və iş planının hər bir bəndinə dair öz rəy və təkliflərini bildirmişlər. İclas işgüzar şəraitdə keçmiş, qrup üzvləri tərəfindən yerinə yetirilməsi məqsədəuyğun hesab edilən tədbirlər iş planına əlavə edilmişdir. Yekunda işçi qrup üzvlərinin yekdil rəyi ilə aşağıdakı qərarlar qəbul edilmişdir:

1. Təqdim olunan bütün təkliflər, işçi qrupu tərəfindən iş planına daxil edilsin.

2. Hər bir təklif və rəy nəzərdən keçirilərək uyğun şəkildə planın müvafiq hissələrinə əlavə olunsun, beləliklə, planın tamlığı və uyğunluğu təmin edilsin.

3. Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrup tərəfindən yekunlaşdırılaraq təsdiq edilsin.

4. İş planı razılaşdırılması üçün rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilsin, onlarla müvafiq razılaşdırma prosesi həyata keçirilsin.

5. İş planı rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup ilə razılaşdırıldıqdan sonra Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasına müzakirə və təsdiq üçün göndərilsin.

İşçi qrupun növbəti toplantısı 2025-ci ilin aprel ayına planlaşdırılmışdır.