“Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun hazırladığı iş planı müzakirə edilmiş və təsdiqi olmuşdur

Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu” nun 19 mart 2025-ci ildə keçirilən iclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu”nun hazırladığı iş planı müzakirə edilmiş və təsdiqi olmuşdur.

   İclasın sədri Sevinc Quliyeva bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə “Daxili əvəzçilər və daxili saathesabı üçün yüklərin optimallaşdırılmasına dair monitorinq qrupu” tərəfindən iş planı layihəsi hazırlanmışdır.

Hazırlanan bu iş planı, bu gün müzakirəyə çıxarılaraq təsdiq olunmalı və sonra sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılmış Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır. Məsələ ilə bağlı rəy və təkliflərin bildirilməsini təklif etdi.

İş planı hazırlanarkən monitorinq qrupun üzvlərindən Pərvanə Əliyeva, Leyla Quliyeva, Raya Bədəlova və Rübabə Mehdiyevadan  alınmış təkliflər yüksək qiymətləndirildi və sonda iş planının təsdiq edilməsini təklif etdilər.

 Çıxışlar dinlənildikdən sonra gündəlik məsələlər səs verməyə qoyuldu və İş planının rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup ilə razılaşdırıldıqdan sonra Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasına müzakirə və təsdiq üçün göndərilməsi qərarı verildi.