Elmi Şurada MEDİATS layihəsi təqdim olunub
Gəncə Dövlət Universitetində Niderland Biznes Akademiyasının kordinatoru olduğu Avropa komissiyasının Erasmus+ proqramının MEDİATS layihəsi təqdim olunub.
Oktyabrın 28-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə keçirililən Elmi şurada İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov MEDİATS layihəsinin məqsədləri haqqında məlumat verib. Qeyd olunub ki məlum olduğu kimi bir çox xarici ölkələrdə mübahisələrin daha səmərəli həlli məqsədilə mübahisələrin həllinin alternativ üsullarından istifadə olunur. Mübahisələrin bu cür məhkəmədənkənar alternativ həlli üsullarından biri də mediasiyadır.
Azərbaycan Respublikasında cəmiyyətdəki mediasiya dəyərlərini inkişaf etdirmək məqsədi ilə Gəncə Dövlət Universiteti Avropa Komissyasının “Erasmus+” proqramının Təlimin və Cəmiyyətin transformasiyası (MEDİATS) layihəsinə tərəfdaş olaraq qoşulmuşdur. Layihənin məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək və Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsinədən faydalanaraq münqişələrin obyektiv həllini yaxşılaşdırmaqdır. Layihə, təcrübəli mediasiya mütəxəsisləri hazırlamağı nəzərdə tutur. Bu məqsədlə layihə iştirakçıları ən yaxşı Avropa təcrübələrini öyrənəcək, heyəti seçəcək və təlimləndirəcək, mediasiya ixtisası üzrə magistr proqramı hazırlayacaqdır.