FİLOLOGİYA FAKÜLTƏSİNİN BURAXILIŞ KURS TƏLƏBƏLƏRİ İSTEHSALAT TƏCRÜBƏSİNDƏ

Tədris planına əsasən rektorluğun  22.12.2021-ci il tarixli 4/150 saylı əmrinə uyğun olaraq Filologiya fakültəsinin Filologiya ixtisasının  IV kurs tələbələri Gəncə şəhər və ətraf rayonlarda ixtisas üzrə fəaliyyət göstərən təşkilatlar, kitabxanalar, muzeylərdə istehsalat təcrübəsində iştirak edirlər. 12.05.2022-ci il tarixdə Filologiya ixtisasının buraxılış kurs  tələbələri İsrafil Məmmədovun ev muzeyində təcrübədə olmuşdular. Təcrübə zamanı İsrafil Məmmədovun ev muzeyinin əməkdaşları Elmi işçi Aidə Cəfərova, baş fond mühafizi Əfsanə Yusifova və bələdçi Aynur Babayeva Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev və təcrübəçi tələbələr iştirak edirdilər.  

Muzeyin bələdçisi Aynur Babayeva İsrafil Məmmədovun həyat, fəaliyyəti və keçdiyi qəhrəmanlıq yolu haqqında təcrübəçi tələbələrə ətraflı məlumat verdi.  Qeyd etdi ki, İsrafil Məmmədov 1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır.Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır. Əslində, onun ölməz xatirəsi bütün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır.

Təcrübəçi tələbələr muzeydə görülən işlərlə yaxından tanış oldular. Təcrübə proqramı əsasında həyata keçiriləcək işlərə dair qeydiyyatlar apardılar.  Tədbirin sonunda təcrübəçi tələbələr muzeyin əməkdaşları ilə xatirə şəkilləri çəkdirdilər.