DEBRECEN UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİLƏ GÖRÜŞ

12 may tarixində  Macarıstan Respublikası Debrecen Universiteti nümayəndələri baş müəllim, İKT Sosiologiyasının baş mütəxəssisi Judit Herczegh, psixoloq Zsuza Berke, Debrecen Universitetində baş müəllim və peşəkar təlim üzrə mütəxəssis Gábor Erdei Gəncə Dövlət Universitetində qonaq olublar. Görüşdə Gəncə Dövlət Universiteti Tədris məsələləri üzrə prorektor dos.Şahin Xurşudov, universitetin nəzdindəki İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin rəhbəri Razim Əliyev və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri Ruslan Məmmədov iştirak edib. Görüşdə Gəncə Dövlət Universtetinin  tədris məsələləri  üzrə prorektoru Şahin Xurşudov təhsil sahəsində universitetlər arasındakı münasibətlərdən söhbət açıb, əməkdaşlığın inkişaf etdirilməsinin önəmi vurğulayıb. Nümayəndələr qarşılıqlı mobilliyi artırmaq məqsədilə danışıqlar aparıb və universitetin tərəfdaş olduğu layihələr haqqında məlumat verib.