Gəncə Dövlət Universitetinin tələbələri Ulu Öndərə məhəbbətlərini flaşmobla bildirmişlər

Gəncə Dövlət Universitetinin xarici dillər fakültəsinin və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş flaşmob keçirilmişdir. Universitetinin 5-ci tədris binasının qarşısında baş tutan flaşmobda 500 nəfərə yaxın tələbə iştirak etmişdir. Binanın həyətində ” Heydər Əliyev 99 ” yazısı əks olunmuş flaşmobu yaratmaqla tələbələr bir daha dahi rəhbərə məhəbbətlərini ifadə etmişlər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.