GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ QİYABİ FORMADA TƏHSİL ALAN TƏLƏBƏLƏRİN DƏRSLƏRİ BAŞLAYIB

6 yanvar 2024-cü il tarixdə Gəncə Dövlət Universitetində qiyabi formada təhsil alan tələbələrin dərsləri başlayıb.

İlk dərs günündə  Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşüb və onlara dərslərində uğurlar arzulayıb. Görüş zamanı qeyd edilib ki, dərslərin yüksək səviyyədə təşkili, gənclərin zəruri dərsliklərlə təminatı və imtahanların obyektiv, şəffaf keçirilməsi universitet rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır.

Daha  sonra tələbələrə tədris prosesi və imtahan qaydaları barədə ətraflı məlumat verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti