GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ YAZ İMTAHAN SESİYASINA HAZIRLIQLA BAĞLI ONLİNE SINAQ İMTAHANLARI KEÇİRİLMİŞDİR
Məlum olduğu kimi dünyanı cənginə almış pandemiya epidemiyası Azərbaycandan da yan keçməmişdir. Lakin Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində əhalinin bu dəhşətli virusdan qorunması məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirilir.
Qeyd etmək lazımdır ki, koronovirus(COVİD-19) epidemiyasının başlaması bir çox sahələr kimi təhsildə də bəzi problemlər yaratmışdır. Lakin dövlət başçısının müvafiq tapşırıqları, respublika təhsil nazirinin göstərişlərinə uyğun olaraq bu çətin vəziyyətdən çıxmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Belə ki, epidemiya başlayandan təhsil müəssisələrində tədris prosesi online qaydada davam etdirilmişdir. Bu prosesə Gəncə Dövlət Universiteti də fəallıqla qoşularaq online dərslər təşkil etmişdir. Bundan başqa ali təhsil müəssisələrində yaz imtahan sesiyalarının mütəşəkkilliyini təmin etmək məqsədilə ciddi hazırlıq işləri görülür. Elə iyunun 11-də Gəncə Dövlət Universitetində tələbələrin imtahanlarda daha yaxşı iştirak etmələrinə kömək məqsədi ilə keçirilən online sınaq imtahanları buna misal ola bilər. Onu da qeyd edək ki, universitetdə sınaq imtahanlarına ciddi hazırlıq işləri görülmüşdür. I, II, III və IV kursların müxtəlif ixtisasları üzrə təhsil alan tələbələr WhatsApp qruplar vasitəsi ilə online sınaq imtahanlarında fəal iştirak etmişlər. Elə həmin gün sınaq imtahanlarının nəticələri barədə tələbələrə məlumat verilmişdir.
Sınaq imtahanları üçün ayrılmış xüsusi otaqlar lazımı avadanlıqlarla, müəllimlər isə qoruyucu tibbi maska və dezinfeksiya maddələri ilə təmin edilmişdi.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ