Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti birgə elmi seminar keçirdi
Gəncə Dövlət Universitetinin “ÜTF və texnologiya” və Azərbaycan Texnologiya Universitetinin “Maşın mühəndisliyi və logistika” kafedraları “Maşınqayırmada, nəqliyyatda və logistikada innovasiya texnologiyaları” adlı birgə Microsoft Teams proqramı vasitəsi ilə elmi seminar keçiriblər.
“Maşın mühəndisliyi və logistika” kafedrasının müdiri, dosent Şakir Əliyev və “ÜTF və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadovun moderatorluğu ilə keçirilən elmi seminarda “Maşın mühəndisliyi və logistika” kafedrasının baş müəllimi İlham Qədimov ,,Yüngül sənaye sahələrində kompleks standartlaşdırma”, ,,ÜTF və texnologiya” kafedrasının müəllimi Elgün Həsənova “Avtomobil hissələrinin zədələnməsi və təmiri” mövzularında çıxış ediblər.
Elmi seminarda Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin müdiri, “ÜTF və texnologiya” kafedrasının dosenti E.K.Yaqubov, dosent M.Q.Yusifov, dosent G.R.Əhədova, baş müəllim, texnika üzrə fəlsəfə doktoru M.Ş.Sadıxova, baş müəllim, texnika üzrə fəlsəfə doktoru B.S.Hacıyeva, baş müəllim, texnika üzrə fəlsəfə doktoru T.Z.Verdiyeva, baş müəllim E.C.Hüseynov, eləcə də Azərbaycan Texnologiya Universitetinin “Maşın mühəndisliyi və logistika” kafedrasının əməkdaşları iştirak ediblər.
Kafedra müdirləri dosent Elçin Cavadov və dosent Şakir Əliyev tərəfindən universitetlər arası elmi seminarların keçirilməsinin vacibliyi vurğulanıb və iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti