GDU-nun tələbələri ekskursiyada olublar

    Gəncə Dövlət Universiteti (GDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin təcrübəçi  tələbələri Nizami Gəncəvi  Məqbərəsini ziyarət ediblər.

    Ekskursiya zamanı Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyətindən bəhs edib.

    Tələbələr dünya şöhrətli mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən eksponatlarla yaxından tanış olublar.

   Daha sonra tələbələr Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə ekskursiya ebiblər. Bələdçilərin müşayəti ilə tələbələr abidə kompleksi ilə yaxından tanış olublar

   Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində sərgilənən xalçalar, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq, misgərlik sənəti nümunələri və digər eksponatlarla tanışlıq tələbələrin böyük marağına səbəb olub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti